11 Aprel 2020 13:43
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karantin rejimi qaydalarının təmin olunması məqsədilə Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman Birinci Ərəbcəbirli kəndində gizli şəkildə fəaliyyət göstərən kafe aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, həmin kafenin sahibi Sabit Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və Göyçay rayon Məhkəməsinin qərarı ilə inzibati həbs olunub.

Qeyd edək ki, rayonun Birinci Ərəbcəbirli kənd sakini S.Məmmədov bir neçə gün öncə də karantin rejimi qaydalarını pozaraq gizli şəkildə kafe işlətdiyi üçün Polis Şöbəsinin əməkdaşları tərəfindən ona xəbərdarlıq edilmiş və barəsində protokol tərtib edilmişdi.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər