13 Aprel 2020 12:25
303
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il aprelin 6-dan 10-dək 146-3 "Qaynar xətt" xidmətinə ümumilikdə 250 zəng daxil olub.

Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, müraciətlərin mövzusu əsasən karantin dövründə yaşlı insanlarda yoluxma riskinin artması ilə əlaqədar təşviş, yeniyetmə və tələbələrin vərdiş etdikləri gündəlik həyat şəraitindən izolyasiyası, məktəb və universitetlərdə dərslərin başlaması ilə bağlı depressiv vəziyyət, kiçik yaşlı məktəblilərdə yığılmış enerjini israf edə bilmədikləri üçün müşahidə olunan aqressiv davranışlar və abituriyentlərin qəbul imtahanlarının olub-olmaması ilə bağlı yaşadığı həyəcanla əlaqəli olub.

Müraciət edən şəxslərə psixoloji dəstək göstərilib, onlara tövsiyələr verilib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər