Ötən il dövlət başçısının ayırdığı vəsaitlə Talassemiya Mərkəzində müasir tələblərə cavab verən diaqnostika laboratoriyası qoyulub. Bu gün COVID-19-un təyin olunması üçün laboratoriyalar orada quraşdırılıb.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı mətbuat konfransında deyib:
"Bu laboratoriyalarda təkcə COVID-19-un deyil, digər xəstəliklər də müəyyən ediləcək.
Laboratoriyalarda xaricdə təhsil alan gənc həkimlərimiz çalışır. Diaqnoz qoymaq üçün cihaz avadamlıqlarımız var. Əlavə cihazlar sifariş verilib və bunlar yaxın zamanda ölkəyə gətiriləcək".