16 Aprel 2020 21:44
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşsizlər üçün nəzərdə tutulan birdəfəlik ödəməni almaq məqsədilə elektron qaydada müraciət edənlərdən 19 600 şəxsin sahibkarlıqla məşğul olduqları müəyyən edilib.

Bu barədə Teleqraf.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslərə birdəfəlik ödəmə verilməsindən imtina olunub və bu barədə onlara SMS göndərilib.

Birdəfəlik ödəmə proqramı işsiz şəxslərə dəstək məqsədi daşıyır. Ona görə də bu kateqoriyaya aid olmayan, işi və qazancı olan şəxslərin birdəfəlik ödəmə proqramından faydalanmaq üçün elektron sistemə etdikləri müraciətlər təmin edilmir.

Hazırda müraciətlərin emalı davam edir.

Qeyd edək ki, bu gün müraciət dənlərdən daha 20 min nəfərin işsiz olmadığı müəyyən edilmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər