30 Sentyabr 2014 21:25
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin əməkdaşları respublikanın regionlarında yerləşən ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri üçün “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbirləri keçirir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, bu günlərdə respublikanın Şirvan şəhərində, Quba və Xaçmaz rayonlarında başlanan maarifləndirmə tədbirləri oktyabrın 1-2-də İsmayıllı, oktyabrın 3-4-də Qəbələ rayonunda davam etdiriləcək.

Tədbirlərin treninq mərhələsində Mərkəzin əməkdaşları tərəfindən ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə insan alveri anlayışı, onun növləri, insanların hansı yollarla insan alveri qurbanına çevrildiyi, belə hallardan qorunma və insan alverinə qarşı mübarizə yolları barədə məlumatlar verilir. Tələbələr həmçinin Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə sahəsində qanunvericilik bazası haqqında məlumatlandırılırlar. Sorğu mərhələsində isə tələbələr müvafiq mövzuda əldə etdikləri bilikləri onlara verilmiş sorğu blanklarındakı sualları cavablandırmaqla nümayiş etdirirlər. Tədbirlərdə tələbələrə insan alveri, onunla mübarizə vasitələri və İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi barədə məlumatların əks olunduğu bukletlər paylanılır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı” 13.9.4-cü bəndində təhsil və təlim-tərbiyə müəssisələrində uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində maarifləndirmə tədbirlərinin davam etdirilməsi nəzərdə tutulur.

Naibə


Müəllif:

Oxşar xəbərlər