18 Aprel 2020 19:22
1 626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Әliyevin tövsiyәlәrinә әsasәn, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun rәhbәrliyi ilә turizm sahəsi üzrə bir qrup sahibkar Qalacıq kәndindә yerləşən Qovğadar dağına sәyahәt edib.

İsmayıllı Rayon İcra Hakimiyyətindən Teleqraf.com-a verilən xəbərə görə ki, mәqsәd rayonun turizm potensialının tәdqiqi çərçivəsində “haykinq” kimi tanınan dağda piyada turist marşrutu və onunla əlaqədar turizmin digər imkanlarını yerində dəyərləndirmək olub. Yeni ekoturizm layihəsinin reallaşdırılması hündürlüyü 2214 metr olan dağın eyni adlı yaylağında nәzәrdә tutulur:

"Nahid Bağırov yaylaqda haykinq marşrutunu şəxsən özü sınaqdan keçirib. Qrup haykinqə 1480 metr yüksəklidən başlayıb və 2030 metr yüksəkliyə qədər irəliləyib. Yaylaqda qlampinq tipli hotelin də təşkili nəzərdə tutulur. Bu, heç bir növ infrastrukturu olmayan və tam təbii mühitdən ibarət meşədə daşına bilən, düşərgə tipli, beşulduzlu sığınacaqdır. Həmin hoteldən müxtəlif istiqamətlərdə haykinq marşrutların pasport layihəsi hazırlanır, GPS ilə coğrafi göstəriciləri müəyyən olunur. Yaylağın coğrafi movqeyi buradan Qəbələnin Laza, Qubanın Xınalıq və Haput kəndlərinə bu cür marşrutların təşkilini mümkün edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər