24 Aprel 2020 20:15
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı qaydalar hazırlanıb və qısa müddət ərzində ictimaiyyətlə paylaşılacaq.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin Sədri Ramin Bayramlı deyib:

"Burada əsas məqsəd sıxlığı azaltmaqdır. Əsas vəzifə vətəndaşların üzərinə düşür. Bu qaydalar sosial məsafə və digər bu kimi tədbirlərə uyğun hazırlanır. Qaydaların tətbiqi qarşıdakı bir il ərzində necə riayət edəcəyimizdən asılıdır. Əks halda biz yenidən sərt karantin rejimi qaydalarını görə bilərik".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər