30 Aprel 2020 16:30
1 988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyində “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda video konfrans keçirilib.

Teleqraf.com xəbər verir ki, brifinqdə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, İnformasiya və kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səməd-zadə, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Yasamal rayon məhkəməsinin hakimi Ramin Qurbanov, Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat baş idarəsi Notariat idarəsinin baş məsləhətçisi Zeynəb Dünyamaliyeva, 1 saylı ASAN xidmət mərkəzində Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənəfova, Konstitusiya” Araşdırmalar Fondunun prezidenti və Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Səadət Bənəniyarlı iştirak edib.

Konfransda ilk olaraq Aynur Sabitova çıxış edib. A.Sabitova ilk olaraq ölkədə koronavirusla mübarizə çərçivəsində görülən işlərdən danışıb.

Sabitova ölkə başçısının, birinci vitse-prezidentin Azərbaycanda koronavirus pandemiyasının qarşısının alınması istiqamətində gördüyü işlərə görə təşəkkür edib.

Ədliyyə Nazirliyinin də bu təşəbbüslərə qoşulduğunu bildirən A.Sabitova qeyd edib ki, həbsxanada olan şəxslərə yüksək qayğı göstərilib.

A.Sabitova ölkə başçısının sərəncamı ilə risk qrupu hesab edilən yaşı 65-dən yuxarı olan 176 nəfərin əfv edildiyini, 200-ə yaxın məhbusun isə cəzalarının bitməsinə az bir müddət qaldığı üçün azadlığa buraxıldıqlarını diqqətə çatdırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər