2 May 2020 22:38
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 2-nə olan statistik göstəriciləri açıqlayıb.

Teleqraf.com xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 697 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 152 597 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 40 nəfər koronavirusa yoluxub, 46 nəfər müalicə olunaraq sağalıb. Ölkədə indiyədək ümumilikdə koronavirusa 1 894 yoluxma aşkarlanıb. Onlardan 1 411-i sağalıb, 25-i ölüb. Hazırda aktiv xəstə sayı 458-dir.

Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər