Azərbaycanda koronavirusa ümumi yoluxmaların 10 faizi xaricdən gəlmiş vətəndaşlara aiddir.
Teleqraf.com xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Operativ Qərargahın bu gün baş tutan brifinqində deyib.
Agentlik sədri qeyd edib ki, koronavirus nəticəsi neqativ çıxan şəxslərə SMS göndərilməsi ilə bağlı test mərhələsi icra olunub:
"Amma müəyyən texniki problemlər səbəbindən yubanma olmuşdu. Mövcud problem aradan qaldırılır və yaxın zamanlarda SMS-lərin göndərilməsinə başlanılacaq".