16 May 2020 15:28
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 158 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 3 138 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 944 nəfər müalicə olunaraq sağalıb, 36 nəfər vəfat edib, 1 158 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 41 nəfərin vəziyyəti ağır, 52 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 226 005 test aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər