2 Oktyabr 2014 18:02
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Elektron hökumət” portalının istifadəçiləri istənilən elektron xidmətlə bağlı müraciətləri portal üzərindən xidmət təminatçısına ünvanlaya biləcəklər.

Teleqraf.com xəbər verir ki, “Elektron hökumət” portalında “Əks-əlaqə” və “Müraciətlər” adlı xüsusi bölmə hazırlanıb.

Məlumat Hesablama Mərkəzindən (MHM) verilən məlumata görə, bölmə portal üzərindən təqdim edilən xidmətlərin istifadəsi ilə əlaqədar vətəndaşlar tərəfindən xidmət təminatçısı ilə əks-əlaqə yaradılması, təklif, şikayət və s. xarakterli müraciətlərin edilməsi, müraciətlərin xidmət təminatçısı tərəfindən cavablandırılması, xidmətdən istifadə zamanı baş verən problemlərdən vaxtında xəbər tutulması və sair üçün nəzərdə tutulub.

Vətəndaşlar portalda “Müraciətlər” bölməsinə daxil olaraq (həmçinin hər bir e-xidmət səhifəsində olan “Əks-əlaqə” düyməsini seçməklə) istənilən elektron xidmətlə bağlı müraciətləri portal üzərindən xidmət təminatçısına ünvanlaya və verilən cavabları izləyə biləcəklər. Sistemdə vətəndaş ilə xidmət təminatçısı arasında passiv rejimdə dialoq aparılır və bütün yazışmalar arxivləşdirilir.

Noyabrın 1-dən başlayaraq sistemin tam şəkildə istismara verilməsi planlaşdırılır.

Dövlət qurumları daxil olan müraciətləri cavablandıracaq məsul şəxslər barədə məlumatları Məlumat Hesablama Mərkəzinə siyahı şəklində təqdim edəcək və həmin şəxslər sistemdə tanıtdırılacaq.

İlhamə


Müəllif:

Oxşar xəbərlər