21 May 2020 01:05
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə Azərbaycanda Ramazan ayının sonuncu Qədr (Əhya) gecəsi olacaq.

Teleqraf.com xəbər verir ki, Ramazanın 26-cı gününün axşamı (27-ci günü) da Qədr gecəsi sayılır. Bu il sonuncu Qədr gecəsi mayın 20-dən 21-nə keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, bu il Ramazan ayının ilk Qədr gecəsi mayın 12-dən 13-nə keçən gecəyə (Ramazanın 19-cu günü), ikinci Qədr gecəsi mayın 14-dən 15-nə keçən gecəyə (Ramazanın 21-ci günü), üçüncü Qədr gecəsi isə mayın 16-dan 17-nə keçən gecəyə (Ramazanın 23-cü günü) təsadüf edib.

Bəzi mənbələrə görə, Qədr gecəsi Ramazanın sonuncu ongünlüyünə, xüsusilə 27-ci gününə təsadüf edir. Ona görə də müsəlmanlar Ramazanın 27-ci gününü də Qədr gecəsi kimi keçirirlər.

Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb. Mayın 24-ü Ramazan (Fitr) bayramıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər