Sellofan torbaların istifadəsi ilə bağlı hazırlanmış sənədlər müvafiq orqanlar tərəfindən təsdiqlənəndən sonra qüvvəyə minəcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.
O bildirib ki, 15 mikrondan böyük sellofan torbaların ödənişli şəkildə satılması təcrübəsi müzakirə mövzusudur: "Bununla bağlı hələ dövlət qərarı yoxdur, amma gələcəkdə tətbiqi nəzərdə tutulur. Çünki bu tip torbaların pulla satılması istifadəsində ciddi şəkildə azalmaya səbəb olub. Biz buna Türkiyə və Gürcüstan təcrübəsində şahidi olduq".