23 May 2020 20:34
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATV telekanalının bir neçə əməkdaşında koronavirus infeksiyası aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu səbəbdən ATV rəhbərliyi telekanala tibbi briqada dəvət edib və bütün əməkdaşlar testdən keçirilir.

İlkin olaraq 100 əməkdaşda koronavirus testi edilib. Onlardan ikisi müsbət çıxıb. Telekanalın digər əməkdaşları da növbəli şəkildə testdən keçirilirlər.

Qeyd edək ki, bundan öncə ATV-nin 4 əməkdaşında koronavirus aşkarlandığı bildirilmişdi.


Müəllif: Teleqraf.com