3 Oktyabr 2014 12:50
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları iştirakçılarına və xarici qonaqlara keyfiyyətli tibbi xidmətin göstərilməsini təmin etmək məqsədilə Səhiyyə Nazirliyi könüllüləri əməkdaşlıq üçün dəvət edir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, könüllü tibb işçisi qismində iştirak etmək istəyən şəxslərdən ali tibbi təhsil (terapevt, fizioterapevt, kardioloq, travmatoloq-ortoped və s. ixtisaslar üzrə), 25 - 45 yaş arası olmaları tələb olunur. Eyni zamanda xarici dilləri bilən şəxslərə üstünlük verilir. Maraqlananların tərcümeyi-hallarını oktyabrın 31-ə kimi [email protected] elektron poçtuna göndərməsi xahiş olunur.

Qeyd edək ki, ənənəvi və innovativ idman növləri ilə tanınan dünyanın 7000-dən çox yüksək dərəcəli idmançısı bu yarışmada iştirak üçün 20 günə yaxın müddət ərzində Azərbaycanda olacaqlar.

Naibə


Müəllif:

Oxşar xəbərlər