28 May 2020 19:20
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Suraxanı rayonunda azyaşlıya atası tərəfindən xəsarət yetirilməsi və məcburi əməyə cəlb edilməsi ilə bağlı yayılan məlumatlar tərəfimizdən tam və hərtərəfli araşdırılır”.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O deyib ki, azyaşlının məcburi əməyə - dilənçiliyə cəlb edilməsi faktı təsdiqini tapmayıb: "Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində aparılan araşdırmalarla müəyyən olunub ki, azyaşlı evə gec gəldiyi üçün atası onu tənbeh etmək məqsədilə parçla (qulplu su qabı) övladına xəsarət yetirib. Fakt üzrə təhqiqat davam etdirilir, ailə üzvləri və digər yaxınlarının izahatları alınıb. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".//Report


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər