Qətər Dövlətinin paytaxtı Doha şəhərinin ən məşhur və unikal tikililərdən biri olan Şeraton otelinin binası üzərində Azərbaycan Respublikasının Dövlət bayrağı əks olunub.
Teleqraf.com xəbər verir ki, 28 May - Respublika günü münasibəti ilə baş tutmuş bu hadisə Qətərdə məskunlaşan soydaşlarımız tərəfindən rəğbətlə qarşılanıb, şəhərin yerli və əcnəbi sakinlərinin marağına səbəb olub.
Xatırladaq ki, indiyəqədər 2 dövlətin bayrağı bu binada işıqlandırılıb.