9 İyun 2020 16:09
2 303
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Afaq Bəşirqızı Teleqraf.com-a açıqlamasında yayılan məlumatı təkzib edib:

"Mənim oğlum səkkiz ildir Bakı Beynəlxalq Avtovağzal Kompleksinin rəhbər müavini kimi çalışır. Bu gün saat 11:00-dan iclasdadır və telefonu söndürüb. Mənim özüm də onunla danışa bilməmişəm.

Amma dediyim kimi oğlum 8 ildir ki, bu vəzifədədir".

***

Xalq artisti Afaq Bəşirqınızın oğluna yüksək vəzifə verilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov sosial şəbəkədə yazıb:

"Dostumuz Səmral Təhməzov Bakı Beynəlxalq Avtovağzal Kompleksinin rəhbərinin müavini təyib olunub. Əminəm ki, anası - Xalq artistimiz Afaq Bəşirqızı kimi Səmral da doğma Vətəninə layiqincə xidmət edəcək".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər