Şəhərdə aparılan dezinfeksiya zamanı təkcə bir maddədən istifadə edilmir.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri Elgin Həbibullayev Operativ Qərargahın bu günükü brifinqində deyib:
"Liftlər qapalı ərazi olduğu üçün tamam başqa maddələrdən istifadə edilir. Bu maddənin miqdarı ərazinin həcmindən asılıdır.
Təbii ki, güclü maddələrlə hər gün eyni əraziləri dezinfeksiya etmək insanlar üçün zərərlidir. Bu səbəblə dezinfeksiya işlərinə ciddi nəzarət olunur".