Rəhim Qazıyevin xəsarət alması ilə nəticələnən faktla bağlı CM-nin 221.1-ci maddəsi ilə Yasamal RPİ İstintaq şöbəsində cinayət işi başlanıb.
Bu barədə Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Teleqraf.com-a bildirib ki, faktı törətməkdə şübhəli şəxs var:
“Hazırda araşdırmalar davam etdirilir”.
18:18
Sabiq müdafiə naziri Rəhim Qazıyev hücuma məruz qalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Bildirilib ki, hələlik kimliyi bəlli olmayan şəxslər Rəhim Qazıyevi küçədə vurub qaçıblar. Vətəndaşlar polisə və təcili yardıma müraciət ediblər.
Qeyd edək ki, Rəhim Qazıyev keçmiş kürəkəni Ramil Əzizovla münasibətlərdə problem yaşayırdı.