"Bəhram Bağırzadənin ağır formada koronavirus diqanozu ilə reanimasiyaya yerləşdirilməsi xəbərindən pis oldum".
Teleqraf.com-un xəbərinə görə, millət vəkili Aydın Mirzəzadə bu barədə sosial şəbəkədə yazıb.
O, qeyd edib ki, Bəhram Bağırzadə hamının sevimlisdir:
"KVN dalğasında tanınan bu insan hər zaman öz pozitiv, insansevər və vətənpərvər çıxışları ilə özü insanların sevimlisinə çevrilə bilmişdi. Onun xəstələnməsi xəbəri çıxanda telefon nömrəsini tapdım, ona zəng edib, ürək-dirək vermək istədim.
Zəng getsə də, cavab verilmədi. Başa düşdüm ki, onun milyonlarla onu sevənlərin telefon zənginə cavab verməsi mümkün deyildi.
Tez sağal, Bəhram. Dualarımız səninlədir".