COVİD-19-a qarşı peyvənd hazırlanması ilə bağlı araşdırmanın təfərrüatları açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərədə yerləşən əczaçılıq şirkəti “AstraZeneca”nın baş direktoru Paskal Soriot məlumat verib.
O bildirib ki, Oxford Universiteti ilə birgə hazırlanan və hazırda sınaq mərhələsində olan həmin peyvənd insanları bir il boyunca koronavirusdan uzaqlaşdıracaq.
Paskal Soriot 400 milyon doza potensial peyvənd istehsal etməyi planlaşdırdıqlarını da deyib:
“Əgər hər şey yolunda gedərsə, avqust-sentyabr aylarına kimi klinik testlərin nəticələrini alacaq, paralel olaraq istehsala başlayacağıq. Əgər bu plan yolunda gedərsə, peyvəndi oktyabr ayı kimi paylanmağa başlayacağıq”.