Rusiyanın Volqoqrad şəhərində qətlə yetirilən 17 yaşlı Azərbaycan vətəndaşı Timur Qavrilovun nəşi Vətənə yola salınacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli istintaq qurumları məlumat yayıb.
Ötən gün Volqoqrad vilayəti qubernatoru Andrey Boçarov bu qətli törədən şəxsin axtarışına kömək müqabilində 1 milyon rubl (14.340 ABŞ dolları) mükafat vəd edib.
Azərbaycanın Rusiyadakı səfirliyinin bu hadisəni nəzarətə götürdüyü açıqlayıb.
Qeyd edək ki, Timur Qavrilov yerli tibb universitetinin tələbəsidir.