20 İyun 2020 11:24
436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayon polis şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, polis əməkdaşları sakinlərin daha sıx toplaşdığı, hərəkətin intensiv olduğu ərazilərdə maarifləndirici söhbətlər aparıb, sanitar rejimin tələbləri izah edilib, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu vətəndaşların diqqətinə çatdırılıb.

Bununla yanaşı xəbərdarlıqlara riayət etməyən və karantin rejiminin tələblərini pozmaqda davam edən vətəndaşlar barəsində qanunamüvafiq tədbirlər görülüb və hər biri İnzibati Xətalara Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimələniblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər