Eyni gündə 100 min nəfərdən onlayn imtahan keçirmək qeyri-mümkündür. Hətta belə proqramlarımız olsa da hər bir şəxsin bu prosesdə iştirak etməsi üçün informasiya texnoloogiyalardan istifadə ilə bağlı bilik və vərdişi olmalıdır. Bu bilik və vərdiş elə səviyyədə olmalıdır ki, abituryentlərin imtahan nəticəsinə təsir etməsin.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn mətbuak konfransında deyib.
O qeyd edib ki, imtahanların normal keçirilməsi üçün çox ciddi iş aparılır.