İlk gündən qeyd etmişik ki, yaşı yuxarı və yanaşı xəstəliyi olan şəxslər yüksək risk qrupuna aiddir.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Bu səbəblə o şəxslər özlərini izolyasiya etməli, kütləvi yerlərə getməməli, maskadan istifadə etməli, gigiyena qaydalarına ciddi riayət etməlidirlər.
Biz hər zaman müraciət edirik ki, özünüzü qoruyun. Ölkəmizdə bütün xəstəxanalar pandemiya xəstəxanasına çevrilsə, başqa xroniki xəstəliyi olan, təcili təxirəsalınmaz yardıma ehtiyacı olan vətəndaşların müalicəsində çətinliklər yarana bilər. Yoluxmalar artacaq, amma nəzarətdə olduğu təqdirdə vəziyyəti ələ ala bilərik".