TƏBİB sədri Ramin Bayramlı iş başındadır.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib.
Ramin Bayramlının istefa verdiyi barədə gəzən söz-söhbətlərə aydınlıq gətirən Yaqut Qarayeva onun iş başında olduğunu vurğulayıb: "Biz yeni layihə ilə bağlı Türkiyədən mütəxəssislər dəvət etmişik və Ramin Bayramlı da bu qrupda iştirak edir, xəstəxanaları ziyarət edərək müalicə prosesinə nəzarət edir".