30 İyun 2020 19:04
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzən sosial şəbəkələrdə şayiə xarakterli məlumatlar yayılır. Əgər belə hal varsa, aidiyyəti orqanlar tərəfindən məsələ araşdırılır və lazımı tədbirlər görülür.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Belə şayiələrin yayılması, mövcud halın şişirdilməsi, qəhrəmanlıq kimi qabardılması düzgün deyil. Birgə həmrəylik nümayiş etdirmək lazımdır. Problemi göstərib çatdırmalıyıq, lakin şayiə kimi yönləndiriləcək tədbirlərdən uzaq olmalıyıq. Bu, qlobal müharibə şəraitidir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər