Modul tipli xəstəxanalar artıq istifadəyə verilib. Bu xəstəxanalar yerli mütəxəssislərimizin hesabına fəaliyyətə başlayıb.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində deyib.
O bildirib ki, REACT C-19 layihəsi başa çatsa da, layihə iştirakçıları olan həmyerli həkimlərimiz ölkəmizdə işlərini davam etdirirlər: "Dünən yenə yerli həkimlərimiz ölkəmizə geri döndü və onlar xəstəxanalarımızda iş başındadırlar".