“Əməkdar artist Bəhram Bağırzadənin səhhəti ilə bağlı hər şey yaxşıdır və hər gün klinik vəziyyətində müsbət dinamika davam edir”.
Bunu Teleqraf.com-a Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov deyib.
O bildirib ki, B.Bağırzadə hələ trakeostoma vasitəsilə süni tənəffüs aparatında nəfəs alır: “Artıq ağciyər və bədənin reabilitasiyasına başlanılıb. Müalicə həkimləri və hamımız onun süni tənəffüs aparatından ayrılacağı günü səbirsizliklə gözləyirik”.
B.Bağırzadə bir neçə gün əvvəl ECMO cihazından ayrılıb.
Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu.
B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.