6 İyul 2020 22:35
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Biləsuvar Rayon Polis Şöbəsinə yeni rəis təyin edib.

Teleqraf.com xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə polis polkovnik-leytenantı Nəsib Məmmədov təyinat alıb.

Nəsib Məmmədov bu təyinata qədər Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Biləsuvar RPŞ-nin əvvəlki rəisi, polis polkovniki Əlyəddin Səfərov Şamaxı RPŞ-nin rəisi təyin olunub. Əlyəddin Səfərov 5 il əvvəl bu vəzifəyə təyin edilmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər