Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 9-na olan statistik göstəriciləri açıqlayıb.
Teleqraf.com xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 505 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 544 735 test aparılıb. Aktiv xəstə sayı 8 589 nəfərdir, onlardan 329 nəfər reanimasiyadadır, 59 nəfər isə süni tənəffüs aparatına qoşulub.