Koronavirusa qarşı hazırlanan bəzi peyvəndlərdən ümidverici nəticələr alınmağa başlanıb.
Teleqraf.com xəbər verir ki, ABŞ və İngiltərədə hazırlanan peyvəndlər könüllülər üzərində tətbiq edilib.
Peyvəndin tətbiqi zamanı heç bir ciddi yan təsir müşahidə olunmayıb və könüllülərdə uğurla immunitet meydana gəlib.
Hazırda 140 peyvənd işi hələ başlanğıc mərhələsindədir. 20-dən çox peyvənd üçün klinik sınaqlar başlanıb.
Bir çox insanlar peyvəndləri sınamaqda könüllü olsa da, elm adamları daha sağlam və peyvəndin təsirinin daha çox görünəcəyi şəxsləri könüllü olmağa çağırır.