Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 18 iyul gecə 00:00-dan 20 iyul səhər saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.
Bakı Nəqliyyat Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, bu gün isə müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcəkdir. Bazar ertəsi yenidən vətəndaşlara xidmət üçün qarşıdakı iki gün ərzində hazırlıq işləri görüləcək.