9 Oktyabr 2014 19:48
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirmək məqsədi ilə 28 oktyabr 2014-cü il tarixindən başlayaraq elmi-metodiki seminarlar təşkil edəcək.

Teleqraf.com xəbər verir ki, bununla bağlı TQDK-nın sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə, Azərbaycan Milli Elimlər Akademiyasına və onun tabe olan təşkilatlarına, son 12 ildə şagirdləri qəbul imtahanlarında yüksək nəticələr əldə etmiş ümumi orta təhsil müəssisələrinə məktub ünvanlayaraq həmin qurumların əməkdaşlarını seminarların işində iştirak etməyə, bu sahədə öz təklif və tövsiyələrini verməyə dəvət edib.

TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Göyçay, Ağcabədi və Şirvan regional bölmələrində həmin bölgələrdə işləyən müvafiq fənn müəllimlərinin də iştirakı ilə seminarlar eyni iş qrafiki ilə fəaliyyətə başlayır.

İbtidai təhsil səviyyəsində (I-IV siniflər) istifadə edilən dərsliklər, dərs vəsaitləri və digər tədris vasitələrinin monitorinqi üzrə elmi-metodiki seminarlar 28 oktyabr 2014-cü il tarixdən fəaliyyətə başlayacaq.

Ümumi və tam orta təhsil səviyyələrinin VII, X və XI siniflərində istifadə edilən dərsliklər, dərs vəsaitləri və digər tədris vasitələrinin monitorinqi üzrə elmi-metodiki seminarlar isə 2015-ci ilin yanvar ayından fəaliyyət göstərəcəkdir.

Ümumi və tam orta təhsil səviyyələri üzrə elmi-metodiki seminarların iş planına görə, VII, X, XI siniflər üzrə dərsliklərin təkrar elmi-metodiki monitorinqi keçiriləcək.

NİGAR


Müəllif:

Oxşar xəbərlər