20 İyul 2020 09:23
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayon polis .öbəsinə rayonun Marzəsəy kənd sakini olan Ş.Əliyevin karantin qaydalarını pozaraq məclis təşkil etməsi barədə məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumata görə, Astara rayon polis şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəlib və məlum olub ki, kənd sakini Ş.Əliyev oğlu üçün tikdirdiyi yeni evə görə 40 nəfərlik məclis təşkil edib.

Polis əməkdaşları tərəfindən məclisin keçirilməsinin, insanların ora toplaşmasının qarşısı alınıb.

Karantin rejiminin qaydaları və tələbləri bir daha onların diqqətinə çatdırılıb.

Karantin qaydalarını pozan Ş.Əliyevin barəsində toplanmış materiallar Astara rayon Məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər