Avqustun ikinci yarısından sonra növbəti qəbul imtahanları keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Operativ Qərargahın bugünkü brifinqində deyib.
"Bu imtahanlar 4 gün təşkil olunacaq. Lakin dəqiq tarix demək mümkün deyil. İmtahanların keçirilməsi epidemioloji vəziyyətdən asılıdır. Abituriyentlər, valideynlər narahat olmasınlar, bu imtahanlar keçiriləcək", - deyə o bildirib.