Tovuzda baş verən təxribatlara görə ordumuza, xalqımıza dəstək olmaq üçün Ermənistanin Madrid şəhərində yerləşən səfirliyi qarşısında etiraz aksiyasi keçirdik. 45 nəfərə yaxin insanın iştirak etdiyi aksiyaya İspaniyanın bölgələrindən və paytaxt Madriddən həmyerlilərimiz qatılmışdı. Hər biri vətənini, torpağını, bayrağını sevən insanlar idi. Aksiya İspaniya Azərbaycanlıları Birliyi (AAEE), Valensiya Azərbaycanlıları Cəmiyyəti və İspaniya Azərbaycan Ticarət və Mədəniyyət Asosiasiyasının təşkilatçılığı ilə baş tutdu.
Bunu Teleqraf.com-a açıqlamasında İspaniya Azərbaycanlıları Birliyinin (AAEE) sədri, Qərbi Azərbaycan İctimai Birliyinin İspaniya nümayəndəliyinin sədri Vahid İmanov deyib.
Onun sözlərinə görə, İspaniyada keçirilən aksiyada ermənilər bir neçə dəfə təxribata əl atıb:
“Lakin bizim həmvətənlər onların təxribatına uymadı və ispan polisi erməniləri ərazidən uzaqlaşdırdı. Aksiyaya qatılan soydaşlarımız bir daha sübut etdilər ki, onlar həqiqətən vətən, torpaq üçün canlarını verməyə hazırdılar. Aksiyamız icazəli olduğuna görə heç bir instident yaşanmadı. Fürsətdən istifadə edib, aksiyadakı həmvətənlərimizə təşəkkürümü bildirirəm”.
Vahid İmanov qeyd edib ki, sonda aksiyada bəyanat oxunub və şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla onları yad ediblər: “Aksiya yerindən ayrıldıqdan sonra Azərbaycanın Madirid şəhərində yerləşən səfirliyinə getdik ki, ola bilər, ermənilər ora gəlib bizim səfirliyin önündə təxribat törətsinlər. Səfirimiz Anar Məhərrəmov bizi çox səmimi qəbul etdi, Azərbaycandakı son vəziyyət haqqında söhbətlərimiz oldu. Sonda səfirlik ərazisində səfirliyin nümayəndələri və aksiya iştirakçıları ilə xatirə şəkli çəkdirdik”.