Fransa polisi apardığı əməliyyat zamanı ölkənin İndr-e-Luar departamentinin Tur şəhərindəki mənzillərin birində əsl cəbbəxana ilə qarşılaşıb. Özünü kolleksiya həvəskarı kimi qələmə verən 50 yaşlı şəhər sakininin evindən 1300-dən artıq silah aşkar edilərək götürülüb.
Polis rəsmisi müsadirə edilən silahlar arasında 37 tüfəngin, 224 revolverin, 267 partlayıcı qurğunun, 2 topun, 2 qısalüləli topun, 801 mərmi və qranadın olduğunu bildirib.
Tur şəhər məhkəməsi mənzilində bu qədər ölümsaçan döyüş silahı saxlayan kolleksiyaçı barədə cinayət işi qaldırıb.