26 İyul 2020 22:09
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda xəstəxanaların reanimasiya şöbələrində müalicə edilən koronavirus xəstələrinin sayı artıb.

Teleqraf.com xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 314 nəfərdir. Qeyd edək ki, dünən reanimasiyada olanların sayı 313 nəfər idi.

Qeyd edilir ki, hazırda ölkədə süni tənəffüs cihazında olan xəstələrin sayı 70 nəfərdir. Ötən gün ölkədə süni tənəffüs cihazında olan xəstələrin sayı 76 nəfər idi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər