Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 30-na olan statistik göstəriciləri açıqlayıb.
Teleqraf.com xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 8 532 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 717 164 test aparılıb. Aktiv xəstə sayı 5 951 nəfərdir, onlardan 275 nəfər reanimasiyadadır, 69 nəfər isə süni tənəffüs aparatına qoşulub.