4 Avqust 2020 10:51
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 5-11-ci sinif dərsliklərinin hər bir mövzusuna dair test tapşırıqlarının otk.az portalına yerləşdirilməsi başa çatıb.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, şagirdlər və ya abituriyentlər portalda fənlər və siniflər üzrə də sınaq imtahanları vermək imkanına malikdirlər.

Abituriyentlər (şagirdlər) 5-11-ci sinif dərsliklərinin hər bir mövzusuna dair portala yerləşdirilmiş qiymətləndirmə tapşırıqlarından istifadə etməklə, hazırlıq səviyyələrini yoxlaya bilərlər. Sınaq imtahanına yazılmaqla iştirakçılar fənnin mündəricatında olan hər bir mövzu üzrə 10 test tapşırığına cavab verirlər. Bundan əlavə, həmin sinif (fənn) üzrə 5 qiymətləndirmə sınağından da istifadə etmək mümkündür:

"Qeyd edək ki, hazırda kampaniya həyata keçirilir və hər sinif (fənn) üzrə sınaq imtahanının qiyməti sentyabr ayının əvvəlinədək 1 manat olacaq. İmtahana yazıldığınız fənnin materialları 1 il aktiv olur. Bu müddət ərzində siz tapşırıqlara, öz cavablarınıza və tapşırıqların düzgün cavablarına baxa bilərsiniz".


Müəllif: Teleqraf.com