2020-ci il may ayının 1-dən bugünədək 7 prokurorluq işçisi ilk dəfə olaraq idarə və şöbə rəisi vəzifəsinə təyin olunub.
Teleqraf.com xəbər verir ki, avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində məruzə ilə çıxış edən Baş prokuror Kamran Əliyev deyib.
O, qeyd edib ki, son 3 ay ərzində aparılan islahatların nəticəsi olaraq 45 prokurorluq işçisi rayon (şəhər) və ərazi hərbi prokuroru vəzifəsinə təyin olunub, onlardan 16-sı təkrar, 2-i isə ikinci səlahiyyət müddətinə prokuror vəzifəsinə təyin olunub.
Eləcə də, Baş Prokurorluğun 18 idarə və şöbəsindən 15-nin rəisləri dəyişilib, onlardan 7 prokurorluq işçisi ilk dəfə olaraq idarə və şöbə rəisi vəzifəsinə təyin olunub.
Bununla yanaşı, Baş Prokurorluğun idarə və şöbələrinin rəis müavinləri vəzifələrində də dəyişikliklər aparılaraq 11 prokurorluq işçisi idarə və şöbə rəisinin müavini vəzifəsinə təyin olunub.