6 Avqust 2020 20:54
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 6-na olan statistik göstəriciləri açıqlayıb.

Teleqraf.com xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 7 050 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 776 179 test aparılıb. Onlardan 33 247-nun cavabı pozitiv çıxıb. İndiyədək 479 nəfər COVID-19-dan dünyasını dəyişib, 29 279 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 3 493 nəfərdir. 263 nəfər reanimasiyada, 58 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 144 yoluxma faktı qeydə alınıb, 3 nəfər dünyasını dəyişib, 435 pasiyent sağalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər