12 Avqust 2020 16:10
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məktəblərə tədrisin təşkili ilə bağlı Təhsil Nazirliyi tərəfindən heç bir təlimat verilməyib.

Bunu Teleqraf.com-a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, bəzi ictimaiyyət nümayəndələri nazirliyə tədrisin təşkili və məktəblər açılacağı təqdirdə fəaliyyətin təşkili ilə bağlı təkliflər daxil olub.

Bu təkliflərin nazirliyə daxil olmasını ictimaiyyətlə qurulan əks əlaqə mexanizmi kimi dəyərləndirən C.Valehov bildirib ki, məktəblərin hansı formada açılacağı bəlli deyil. Hazırda bununla bağlı müzakirələr aparılır, təkliflər qiymətləndirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər