Türkiyədə olan vətəndaşların avtomobilləri ilə geri qayıtması üçün pandemiya yeni başlayan dövrdə bizə çox müraciət oldu.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:
"Xüsusilə avtobuslar təşkil olundu ki, vətəndaşlarımız Türkiyədən Gürcüstana, oradan da ölkəmizə gətirilsin. Lakin hazırda bununla bağlı müraciət yoxdur. Əgər ehtiyac varsa, vətəndaşlardan xahiş edirik ki, bunu bildirsinlər".