21 Avqust 2020 16:04
1 831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Antalya şəhərinin Serik qəsəbəsindəki otelin restoranında öldürülən azərbaycanlı "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) dəfn mərasimi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Nadir Səlifov İstanbulun Böyükçəkməcə rayonundakı qəbiristanlıqda dəfn edilib.

***

15:03

Türkiyənin Antalya şəhərində otellərdən birində qətlə yetirilən "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun dəfn mərasimi başlayıb.

Teleqraf.com xəbər verir ki, Nadir Səlifovun nəşi İstanbulun Böyükçəkməcə hissəsində yerləşən “Kuba” məscidinə gətirilib.

Hazırda mərhum üçün cənazə namazı qılınır.


Müəllif: Teleqraf.com