21 Avqust 2020 17:27
1 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya fövqəladə bir vəziyyət hesab olunur və heç bir ölkənin səhiyyə sistemi bu şəraitə hazır ola bilməz.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"Pandemiya zamanı bütün səhiyyə sistemi bu işə səfərbər olunur. Ölkəmizdə pandemiya dövründə bütün şəhər və rayonlarımızda həkimlərə təlimlər keçirilib. Hazırda da təlimlərimiz davam edir.

Payız-qış mövsümünə ciddi hazırlaşırıq. Bəzi pandemiya xəstəxanalarımız bağlanıb və qış mövsümünə hazırlaşırlar. Ümumiyyətlə, bu istiqamətdə bütün ehtiyac olan işlər görülür".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər