22 Avqust 2020 17:30
4 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qanun kasıb üçün deyil, hamı üçündür. Buna rəhbər vəzifədə işləyənlərdən tutmuş, aşağı vəzifələrdə çalışanalara qədər hər kəs riayət etməlidir".

Bu sözləri Teleqraf.com-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib.

O, vəzifəsindən asılı olmayaraq bütün insanları məsuliyyətli olmağa çağırıb:

"Düzdür, insanlar altı aydır gözləyirlər. Ancaq hamı qanuna əməl etməlidir. Vəzifəlinin övladı artıq deyil ki... Qanun yalnız aşağı təbəqə üçün deyil. Onların bu addımı camaatın narazlığına səbəb olub. İnsanlar düşünürlər ki, vəzifəlilərə olarsa, bizə niyə olmaz? Camaatı hökumətdən narazı salırlar və ona görə də kimliyindən asılı olmayaraq hamı qanuna riayət etməlidir. Hökumət bu qədər iş görür, insanları razı salmağa çalışır. Mənim də əzizlərim arasında toy mərasimi etmək istəyənlər var, amma gözləyirlər. Eləcə də bir neçə yaxınımda yas mərasimi oldu, gedə bilmədim. Zəng edib, başsağlığı verdim və dedim ki, hazırda yas mərasimlərinin keçirilməsi qadağandır".

Karantini pozaraq AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinə toy mərasimi keçirilməsini şərh edən xalq artisti qeyd edib ki, böyükləri deməli idi, toy mərasimi etmək olmaz:

"Dövlətin öndə gedənlərindən biri olub. Nə olub, nə xəbərdi?.. Gərək məsləhət edərdilər. Yoxsa toy mərasimində özləri iştirak edirlər. Deputatlar açıqlama verirlər ki, karantin rejimi sərtləşdirilməlidir, virus çoxalır. Bir yandan da onun əksini edirlər".

Qeyd edək ki, Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy edib. Karantin qaydalarını pozduğuna görə sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati qaydada həbs ediliblər.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər